İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106003889 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 93.7285 AZN (9.97 faiz) və 1 milyon AZN (7.5 faiz) olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.4001 AZN (8.5 faiz), orta ölçülmüş qiyməti 97.8420 AZN (8.3277 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62 milyon 554 min 500 manat, yerləşdirilmiş həcmi isə 6 milyon 992 min 400 manat təşkil edib.
İstiqrazlar 2024-cü il yanvarın 23-də ödəniləcək. Hərrac iştirakçıları yanvarın 27-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.