DÜNYA
Böyük Britaniyada koronavirusa görə həyatını itirənlərin sayı 100 mini ötüb
London, 26 yanvar, AZƏRTAC
Böyük Britaniyada koronavirusa görə həyatını itirənlərin sayı 100 mini ötüb. Ölkədə bu virusa yoluxanların sayı isə 3 milyondan çoxdur.
Artan ölüm halları və yoluxma sayına görə ölkədə fevral ayına qədər tətbiq olunan karantin müddəti yay aylarına qədər uzadıla bilər.
Krallıqda dekabr ayından bəri həyata keçirilən peyvəndlənmə kampaniyası çərçivəsində 6 milyondan çox insan peyvənd olunub. Hökumət, fevralın 15-nə qədər 15 milyon insana peyvəndin ilk doza vurulmasını planlaşdırıb.
Qeyd edək ki, Krallıqda Pfizer-BioNTech , Oksford-AstraZeneca və Moderna şirkətlərinin hazırladığı peyvəndlər tətbiq olunur.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [14:37]
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
- 29.03.2024 [14:34]
Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər
- 29.03.2024 [13:24]
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
- 29.03.2024 [13:17]
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
- 29.03.2024 [13:08]
Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər
- 29.03.2024 [13:02]
Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir
- 29.03.2024 [12:52]