Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Nizami Gəncəvi İli”: Gələcək üçün çağırış

“Nizami Gəncəvi İli”: Gələcək üçün çağırış

Bakı, 26 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı özündə yalnız Azərbaycan yazılı ədəbiyyatının yaradıcılarından biri olmaqla bərabər, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, işıqlı olduğu qədər də ibrətamiz və mənalı əsərlərin müəllifi olan böyük şairin anadan olmasının 880 illiyini ehtiva etmir. Bu Sərəncam həm də daşıyıcısı olduğumuz dəyərlərin ötəri olmadığını, bəşər sivilizasiyasına böyük fikir sahibləri bəxş emiş millətin o dəyərlər yolunu getməkdə israrını təsdiq edən ali dövlət sənədidir. Biz elə hesab etmirik ki, ancaq fövqəladə yaradıcılıq istedadına malik insanlara dahi deyilir. Dahi bu keyfiyyətə malik olmaqla bərabər, həm də insanın missiyası olan yolda ona verilmiş ruhun daşıyıcısı, ötürücüsü olan şəxsiyyətdir. O, həmin ruhdur ki, insanlığın əbədi yol yoldaşı olmalıdır. 880 il əvvəl Gəncədə doğulan və bütün ömrü boyu yaşadığı şəhəri tərk etməsə də, öz ağlagəlməz zəhməti sayəsində fars və ərəb dillərini dərindən mənimsəyən, özünə qədər yaranmış türk, fars və ərəb ədəbiyyatını, fəlsəfəsini mükəmməl öyrənən, iki dildə- türk və fars dillərində gözəl lirik, möhtəşəm epik şeir növləri yaradan Nizami Gəncəvi o ruhla yaşamış və yaratmışdır.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Nizami Gəncəvi İli”: Gələcək üçün çağırış” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

800 ildən artıq müddətdir ki, Nizami ancaq dərin məna yükü daşıyan əvəzsiz şeir yükü ilə deyil, həm də insanlara elmin qüdrətini təlqin edən, onları proqresdə olan yolun yolçusu olmağa dəvət edən bir missioner kimi Yaxın Şərqdən Orta Asiyaya qədər olan geniş coğrafiyada simvola dönüb:

Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,

Mənim məftunum olar, mənim heyranım olar!

Bütün sehrbazları mat qoyur sehrim mənim!

Mələkləri aldadan əfsundu şeirim mənim.

Gəncəm - Babilim mənim Harutu yandırmada,

Ən uzaq ulduzları Zöhrəm nurlandırmada.

Duz-çörəyim bilirəm öz cadugər şeirimi,

Halal sehrim sındırır harutun hər sehrini.

Ürəyinin şəklidir Nizaminin sözləri,

Mənim halal sehrimlə daim canlı, dipdiri!

Bu, “söz cadugəriyəm”- deyən şairin təkcə şeir haqqında qənaəti deyil, insan üçün normaya çevrilməli olan “halallıq” anlayışını “Halal sehrim sındırır harutun hər sehrini”- yazan filosofun tövsiyə etdiyi yaşayış normasıdır. Bu, sufizmin - yeni eranın ilk min illiyini yola salmış cəmiyyətin özünü təftiş zərurətindən təzə-təzə cücərməyə başlayan, İslam mənəviyyatının inkişafını yollarını göstərən cərəyanın poetikada ilk nümunələrindən biridir. Sonralar həmin cərəyanın görkəmli nümayəndələrindən biri olaraq tanınacaq şair Nizami Gəncəvi, şeyxlik mərtəbəsinə qədər yüksəlmiş Əbu Məhəmməd İlyas ibn Yusif Şeyx Zəkimüyyəddin belə hesab edirdi ki, mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun adicə quru qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin qarşısını alır. Şeyx Nizami əmin idi ki, mənəvi təmizlikdən keçən yol insanı kamilliyə aparan başlıca vasitədir və insan bu vasitə ilə özündə dözümlülük, sülhsevərlik, yüksək əxlaqi keyfiyyətlər tərbiyə edə bilər. Onun fikrinсə, Allaha içdən gələn sevginin məhvərində iki amilin dayanmağı mütləqdir: mənəvi paklıq və dünyanı dərk etmək.

Yaşadığımız ilin “Nizami Gəncəvi İli” elan edilməsi hər bir azərbaycanlının, o cümlədən Şərq insanının diqqətini böyük şair-filosofa yönəltməyə xidmət edir. İnanırıq ki, ölkə Prezidentinin imzaladığı bu xüsusilə əhəmiyyətli dövlət sənədi, ilk növbədə, ədəbiyyatşünas alimlərimizin yeni tədqiqat sahələrini araşdırmaq üçün stimul olacaqdır. Onu nəzərə alsaq ki, məsələ ancaq Nizami Gəncəvi yaradıcılığının sistemli şəkildə tədqiqatlara cəlb edilməsi, fundamental tədqiqat materiallarının akademik səviyyədə nəşr olunması, ümumiyyətlə, mütəfəkkir şairin ədəbi irsinin ədəbiyyatşünaslıq elminin diqqət mərkəzində olması mövqeyindən yanaşılması subyektiv yanaşma sayıla bilər. Haqqında danışdığımız, 2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın preambulasında oxşar yanaşmalar nəzərə alındığındandır ki, qeyd olunur: “Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır”.

Preambulada qeyd olunduğu kimi, Nizami Gəncəvi yaradıcılığı ilə bağlı ölkəmizdə kifayət qədər araşdırmalar aparılıb. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi o yönümdə araşdırmaların ardıcıllığı və dayanıqlığı üçün əsas fundamental baza hesab oluna bilər.

Onu da nəzərə alaq ki, Azərbaycan Respublikasının nominal suverenliyi zamanlarında Nizami Gəncəvi irsinin akademik araşdırılması işinin tamamilə yeni müstəviyə keçirilməsi ümummilli lider Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində xüsusilə aktual olub. Onun iradəsi ilə 1979-cu il yanvar ayının 6-da “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”, 1981-ci ilin avqust ayında isə “Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında” qərarlar təkcə Nizami irsinin tədqiqi sahəsində deyil, ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açıb. Həmin illərdən ədəbiyyatşünaslığımızda nizmişünaslıq məktəbi daha da mükəmməlləşərək ən aktual tədqiqat sahələrindən birinə çevrilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda indiyəcən görülən işlər qeyd olunmaqla perspektivdə həmin məktəbin görməli olduğu işlər, qarşıda dayanan vəzifələr bir daha yada salınır: “Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir”.

Lakin bir daha vurğulamaq istərdik ki, adıçəkilən Sərəncamın fəlsəfəsi ancaq bunları ehtiva etmir. Söhbət “Nizami İli” çərçivəsində yalnız aparılan elmi-tədqiqat işləri, nəşr olunan kitablarla bitmir, söhbət XII əsr Azərbaycan, həmçinin Şərq ədəbiyyatının, fəlsəfi fikrinin ən böyük yaradıcılarından birinin Azərbaycan insanına nə qədər doğmalaşdıra biləcəyimizdən gedir. Azərbaycanda elan olunan “Nizami Gəncəvi İli” bu nöqteyi-nəzərdən ancaq nizamişünaslar, Nizami irsinin araşdırılması işi ilə diplom işi hazırlayan tələbələrdən başlamış akademiklərə qədər, bütün tədqiqatçılar üçün də deyil, orta ümumtəhsil və yaxud ali təhsil müəssisələrində çalışan müəllimlərəcən hamıya, bütün ziyalılarımıza çağırışdır. Bu çağırışa hamılıqla qoşulmalıyıq. Bu çağırış Nizami Gəncəvini, 800 ildən artıqdır ki, təkcə Azərbaycan ədəbiyyatını deyil, xalqımızın ruhunu, onun əxz etdiyi bəşəri dəyərləri öz yaradıcılığında ifadə edən, dünyada yayan böyük mütəfəkkiri kitab rəflərindən, internet resurslarından hər bir azərbaycanlının könlünə köçürmək çağırışıdır. Hesab edirik ki, bu çağırışa elmi və pedaqoji ictimaiyyətdən əlavə, çap və elektron mediası, yaradıcı təşkilatlar və onların nümayəndələri qoşularaq Nizamini elmi mərkəzlər, yaxud sinif otaqları və ya auditoriyalardan xalqın içinə aparacaqlar. Bu məsələnin təqvimi tədbirlər çərçivəsindən ümummilli ideologiyamızın tərkib hissəsinə çevrilməsi millət, xalq olaraq hər birimiz üçün prioritet istiqamətə çevrilməlidir. Yeri gəlmişkən, hazırda əlimizin altında olan tərcümələrin yüksək səviyyədə olmaması ilə bağlı hələ 1939-cu ilin avqustunda o zamankı NKVD-dən Azərbaycan KP MK-ya arayışı göndərilmişdi (Nizami əsərlərinin tərcüməsi haqqında NKVD-nin xüsusi arayışı”. “525-ci qəzet”. 17 sentyabr, 2017-ci il. S.10). Arayışda Mərkəzi Komitə tərcümə işinin aşağı səviyyədə aparılması barədə məlumatlandırılırdı. Həmin tərcümələrin bəzilərinin görkəmli şairlərimiz tərəfindən aparılmasına baxmayaraq, orijinalla müqayisədə hədsiz zəifliyi ayrı-ayrı mütəxəssislər tərəfindən sonralar da qeyd edilib. Etiraf edək ki, böyük Nizaminin yaradıcılığının ən mükəmməl səviyyədə təqdimatı nizamişünaslığın başlıca problemi hesab edilməlidir və şübhə etmirik ki, ədəbiyyatımız və mədəniyyətimizin böyük hamisi kimi tanınan Prezidentimiz birinci müraciətdə bunun həll olunmasını, əsərlərin böyük şairin adına layiq tərcümə olunması məsələsinin həll olunmasını təmin edəcəkdir. 2001-ci il iyun ayının18-də və həmin il avqustun 9-da Ümummilli Lider tərəfindən imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" fərmanlarından sonra “Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini gələcək nəsillərə çatdırmaq probleminin həllini xatırlayaq. Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi məqsədilə 2004-cü il yanvar ayının 12-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamının Prezidentimizin imzaladığı ilkin dövlət sənədləri sırasında dayandığını yada salmaq kifayətdir. Söhbət, ilk növbədə, ədəbiyyatımızın klassiklərinin əsərlərinə qayğıdan gedir. Onların xalqın arasına qədər gedib çatması isə birinci növbədə ziyalılarımızın öhdəsinə düşən vəzifədir.

Etiraf etməkdən çəkinməyək ki, oxşar məsələlərlə bağlı yaxın, uzaq qonşularımızın təcrübəsini yaddan çıxarmamalıyıq. Yeri gəlmişkən, XII əsrin sonlarında tarixi və mədəniyyətinə, ədəbiyyatına hər birimizin böyük hörmətlə yanaşdığımız qonşu Gürcüstanda yaşayıb yaratmış, Nizami Gəncəvi yaradıcılığından bəhrələnən, məşhur “Pələng dərisi geymiş pəhləvan”ın müəllifi Şota Rustavelinin araşdırmaçılarından birinin sözlərini yada salmağı lazım bilirik. Məsələn, Rustaveli dövrünün abidələrini tədqiq edən SSRİ Elmlər Akademiyasının akademiki İosif Orbeli Şota Rustavelinin daha fundamental araşdırılması zərurətini belə ifadə edirdi: “Rustavelini anlamaq, həm də layiqincə anlamaq, XII-XIII əsrlər Şərq mədəniyyətini anlamaq deməkdir. Rustavelini layiqincə, bütün dahiliyi ilə anlamayan bir adam, deməli, Şərqi anlamır”.

“Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilindən ruscaya çox gözəl tərcümə edən Şalva Nutscubidze isə yazırdı: “XII əsr gürcü ədəbiyyatında Rustavelinin yaşlı müasirlərindən Çaxruxadzenin əsərlərində belə Nizamiyə işarələr vardır. Rustaveli Nizaminin açdığı Şərq renessansının yolu ilə getmişdir”.

İranın görkəmli ədəbiyyat tədqiqatçısı V.Dəstəgirdi isə yazırdı: “Ürfan və şeir mülkünün ən böyük sultanı Mövlana Cəlaləddin Rumi həkim Nizaminin şeirlərindən bir çox iqtibaslar etmişdir. Mövlana Ruminin məsnəvi və qəzəllərini incələyən fəzilətli alim Ağa Hadi Xairi qeyd edir: “Mövlana Rumi Nizaminin “Divan”ını həmişə öz gözü önündə saxlardı və ondan mənaca böyük ölçüdə iqtibaslar edərdi. Halbuki o, həkim Sənai Qəznəviyə böyük rəğbət bəsləməyinə baxmayaraq, ondan iqtibaslar etməmişdir. Bu iqtibaslar, şübhəsiz, Nizami şeirinin bir fenomen olduğunu isbat edir, belə olmasaydı, Mövlana kimi bir ustadı özünə necə cəlb edə bilərdi?!”

Mövlana Nizaminin bir qəzəlindən bu şəkildə istifadə etmişdir:

Cəvab anke Nezami be nəzm miquyəd

“Cəfa məkon ke cəfa şive-ye vəfa-ye to nist”.

(“Cəfa etmə, çünki cəfa sənin vəfadarlığına yaraşmır” - sətri tərcümə).

M.F.Körpülü isə V.Bartoldun “İslam mədəniyyəti tarixi” adlı kitabına yazdığı qeydlər arasında onun belə bir sitatını verir: “Nizami İran və türk məsnəviçilərinin ən böyük ustadı, İranın ən böyük şairlərindən biridir və onun şeirlərində olduqca təravətli türk sözlərinə də təsadüf edilir”.

Məşhur alman tədqiqatçısı P.Horn isə 1925-ci ildə Berlində nəşr etdirdiyi kitabında Nizamini Firdovsidən üstün tutur və aralarındakı fərqi “yerdən göyə qədər”- adlandırır, Nizamini “mənzum roman sahəsində sevilən yeganə ustad” olaraq qeyd edirdi.

Y.Bertlesə görə isə “Nizaminin ikinci poeması “Xosrov və Şirin” dünya ədəbiyyatında tayı-bərabəri olmayan, heyrətləndirici dərəcədə kamil bir əsərdir. Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq, insanın şəxsiyyəti bütün dəyərləri ilə bizə göstərilmişdir. Həm də şairin əl-qolunu bağlayan ənənələrdə yerləşmiş bir mövzunu işləmək surətiylə”. Bertels Nizaminin qəhrəmanlarını belə təqdim edirdi: “İnsan ruhunu lazımınca anlamaq nəticəsində edilən incələmə Nizamiyə dünya ədəbiyyatının ölməz əsərləri arasında daimi yer almış klassik qəhrəman surətlərini yaratmaq imkanını vermişdir. Şirin, Fərhad, Leyli, Məcnun, Bəhram və İsgəndər öz sifətlərinin tam əksini Nizaminin əsərlərində tapmışlar. Türkiyədən tutmuş müsəlman Hindistanına qədər həmin surətlər bu biçimlərilə Yaxın Şərqin ədəbiyyatlarının hamısına keçmiş və bu vəziyyətləri ilə bizim günlərimzə qədər yaşamışlar və gələcəkdə də yaşamaqları təbiidir”. Bertelsin qənaətincə, “Nizami üç növ eşq müəyyənləşdirir: a) qəhrəmancasına eşq; b) faciəli və ya fəlakətli eşq; c) kef çəkmək üçün əyləncə və ya oyuncaq olan eşq”. Dünyada tanınan şərqşünas, Şərq ədəbiyyatının nadir araşdırmaçısı daha sonra Avropa ədəbiyyatının ən qüdrətli epos ustası ilə apardığı müqayisəli təhlildə belə qənaətə gəlir: “Homerin qəhrəmanlarının Avropadakı şöhrətlərindən Nizami qəhrəmanlarının Şərqdəki müvəffəqiyyətləri daha genişdir. Nizami müxtəlif xalq ədəbiyyatlarına göstərdiyi təsir kimi, özü də xalq ədəbiyyatından (folklordan) faydalanmışdır”. Müəllifə görə, bu, şairin ənənələrinə ayrı bir əhəmiyyət və canlılıq vermişdir. Müxtəlif müşahidə nöqtələrindən incələdiyi Nizaminin böyüklüyünün miqyasını təyin etmək üçün ölçü tapa bilməyən Bertels sonda qənaətini belə bölüşür “Nizami üçün ölçü yoxdur, onu ancaq özü ilə ölçmək mümkün olur!” .

Yaradıcılığa lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Onu populyar edən, dünya şöhrəti qazandıran, “Xəmsə” adlandırılan beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") isə ədəbiyyata tamamilə yeni bir poetik səs, nəfəs gətirib.

Nizami Gəncəvi sözün qiymətini bilən, onun ağırlıqları altında poeziyanın yükünü çəkən, nadir istedadın fitrəti ilə adını dünya ədəbiyyatının korifeyləri sırasına həkk etdirən fikir adamı kimi yaşamaqda davam edir.

Ölçülüb-biçilərsə incə fikir, incə söz,

Nə qədər gözəlləşər, olar ürəyincə söz.

Kim ki sözə söz qoşub tapar haqqın səsini,

Sözlə iki aləmin açar xəzinəsini.

Bu xəzinəni yalnız açar tapanlar açar,

Yalnız söz ərlərinin dilləridir bu açar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm