TARİXDƏ BU GÜN


16 İYUL

A+ A

1913-cü il. Azərbaycan estrada musiqisinin görkəmli nümayəndələrindən biri, Xalq Artisti Mirzə Babayevin doğum günü (1913-2003). Mirzə Babayev müğənnilik fəaliyyətinə ötən əsrin 40-cı illərin əvvəlində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

 

 

1934-ci il. Azərbaycanın Əməkdar Memarı Rasim Əliyevin doğum günü. Görkəmli ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirib. Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə Rasim Əliyev “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

 

 

1804-ci il. Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqaviləsinə (1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]