TARİXDƏ BU GÜN


16 OKTYABR

A+ A

1992-ci il. 91 nəfər tanınmış Azərbaycan ziyalısı ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Heydər Əliyevə müraciət edib. Onların müraciətini nəzərə alan Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verib, siyasi hakimiyyətə gələrək yenicə müstəqilliyə qovuşan respublikanı yox olmaq təhlükəsindən xilas edib.

2012-ci il. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı keçirilib. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Mahmud Əhmədinejad, Əfqanıstan Prezidenti Həmid Kərzai, Pakistan Prezidenti Asif Əli Zərdari və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısının yekununa dair Bakı bəyannaməsi qəbul olunub.

 

1951-ci il. Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verilib. İnşasına 1939-cu ildə başlanılan stadionun tikintisi Böyük Vətən müharibəsi ilə əlaqədar yarımçıq qalmışdı. İnşaat işləri yalnız müharibədən sonra davam etdirilmiş və bu işə alman hərbi əsirləri cəlb olunmuşdu. 1990-cı ildən dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun adını daşıyır.

 

1857-ci il. Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun doğum günü (1857-1931). Rus-yapon müharibəsində xidmətlərinə görə S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdi. O, 1918-ci il dekabrın 25-dən Azərbaycan Xalq Cümhuriyyəti hökumətində hərbi nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu.

 

1923-cü il. Nağıl və multiplikasiya ustadı olan Uolt Disney və qardaşları Nyu-York distribüteri Marqaritlə “Alisa möcüzələr ölkəsində” adlı ilk multiplikasiya filmlərinin çəkilişi üçün müqavilə bağlayıblar və həmin tarixdən “Uolt Disney” şirkəti yaradılıb.
1945-ci il. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı yaradılıb və hər il oktyabrın 16-sı Dünya Qida Günü kimi qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]