TARİXDƏ BU GÜN


16 SENTYABR

A+ A

1909-cu il. Azərbaycanın ilk milli kinoaktrisası, tanınmış kimyaçı alim, Dövlət mükafatı laureatı, akademik İzzət Orucova anadan olub (1909-1983). Alimin kimya sahəsində əsas tədqiqatları sürtgü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir.

İ.Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, bir sıra aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak edib. İ.Orucova sanballı elmi əsərlərin müəllifidir. O, “Sevil”, “Məhəbbət oyunu”, “Almaz” kimi filmlərdə rol alıb.

 

 

16 sentyabr- Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günüdür. Bu tarix 1994-cü ildə BMT-nin Baş Assambleyasının qərarı ilə təsis edilib. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında “antropogen faktorun” rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.

 

1963-cü ildə Malayziya dövləti yaradılıb. Ölkənin paytaxtı Kuala Lumpur şəhəridir. Malayziya 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanıb. 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla birləşib. Lakin 1965-ci ildə Sinqapur federasiyadan ayrılıb. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla iki bölgədən, bu bölgələr isə 10 ştatdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]