DÜNYA


16 meqapiksellik ön kamera ilə təchiz edilmiş smartfon təqdim olunub

Bakı, 21 aprel, AZƏRTAC

Yaponiyanın “Sharp” şirkəti qabaqcıl “Aquos R” smartfonunu təqdim edib. Sözügedən qurğu yüksək təsvir ölçülü kameralarla təchiz edilib.

Yeni aparat 2560 x 1440 piksel təsvir ölçülü 5,3 düymlük “IGZO” displey, “HDR10” texnologiyası, yüksək məhsuldarlıqlı “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq daimi yaddaşla təchiz edilib. Çıxarılıb taxılan “microSD” daşıyıcısı mövcuddur.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas kamera 22,6 meqapiksellik matrisə və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir.

Telefon metal və şüşədən düzəldilmiş korpusa malikdir. Smartfonun digər özəlliyi “IPx8” standartı üzrə suya qarşı davamlı olmasıdır.

Cihazın fiziki ölçüsü 153x74x8,7 mm-dir və “Android 7.1” mobil əməliyyat sistemi ilə işləyir. “Quick Charge 3.0” sürətli enerjidoldurma funksiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 3160 milliamper/saatdır.

“Aquos R” modelinin satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.