REGİONLAR
Zərdabda əsas kapitala yönəldilən investisiyanın 98,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb
Zərdab, 25 fevral, AZƏRTAC
Dünyanı cənginə alan koronavirus pandemiyasının törətdiyi çətinliklər, bununla əlaqədar tətbiq olunan karantin rejimi şəraitində 2020-ci ildə Zərdab rayonunda tikinti-quraşdırma işləri davam etdirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 51 milyon 845,8 min manat investisiya yönəldilib. Bunun 51 milyon 171,8 min manatı və ya 98,2 faizi tikinti-quraşdırma işlərinin payına düşür. Rayon ərazisindəki kənd yollarında, eləcə də Zərdab şəhərinin küçə və parklarında, yenidənqurma və əsaslı təmir işləri görülüb, təhsil ocağı, körpələr evi-uşaq bağçası tikilib və ya əsaslı təmir edilib, yeni obyektlər inşa olunub.
Qeyd edək ki, ötən il ümumi sahəsi 7208 kvadratmetr, yaşayış sahəsi 4926 kvadratmetr olan 31 fərdi yaşayış evi tikilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]