Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moldovada keçirilən anım tədbirində ölkə deputatları Xocalı soyqırımını pisləyən bəyanatla çıxış ediblər

Kişineu, 25 fevral, AZƏRTAC

Azərbaycanın Moldovadakı Səfirliyi, Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə paytaxt Kişineuda yerləşən “Time” otelinin konfrans zalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Moldovada tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun təşkil edilən tədbir Xocalı qətliamına həsr edilmiş qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Moldova parlamentinin Demokratiya partiyası fraksiyasının sədri Dmitri Diakov, Sosialistlər partiyasının deputatları Odnostalko Vladimir və Nikita Çurkan, Moldovanın Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitaliy Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Belarus səfirliklərinin diplomatları, ölkədə yaşayan türk, yəhudi, gürcü və digər icmaların nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də bir sıra Moldovanın KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə deputat D.Diakov çıxış edərək, ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini pisləyib, xalqların birgə sülh içində yaşayışının önəmindən danışıb, Moldovanın ərazi bütövlüyü məsələsinə toxunaraq xalqlarımızın oxşar faciələr yaşadığını qeyd edib, qətliamın kədərlə yad edilməsində həmrəylik nümayiş etdirib.

Tədbir zamanı politoloq V.Andriyevski öz çıxışında Moldovanın nüfuzlu ava.md xəbər səhifəsində Xocalıya dair məqaləsinin dərc edildiyini diqqətə çatdırıb (https://ava.md/2021/02/25/pomnit-dobivat-sya-spravedlivosti-ne-mstit/), gənc nəslin Xocalı soyqırımını unutmamalı olduğunu və Moldova xalqının insanlıq əleyhinə törədilən cinayətə qarşı azərbaycanlılarla həmfikir olduğunu bildirib, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın ötən illər ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə uğurlu inkişafına istinad edərək ölkəmizin ermənilər tərəfindən xarabalığa çevrilmiş bölgələrin sürətlə abadlaşdıracağını dilə gətirib. Tarixçi, həmçinin Azərbaycanın liderinin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş rayonlarımızda müxtəlif irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayaraq, bu ərazilərdə yaşayacaq azərbaycanlılarla yanaşı ermənilərin də rifahının yüksələcəyini bildirib. Bunun oxşar münaqişələr yaşayan xalqlar üçün örnək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbir çərçivəsində deputat V.Odnostalko çıxış edərək insan amilinin hər şeydən önəmli olduğunu diqqətə çatdırıb, Xocalı faciəsinin şəxsi maraqlar naminə siyasətdə atılan səhv addımların nəticəsi olduğunu və Moldovadakı azərbaycanlı icmasının burada yaşayan digər xalqlarla birgə dinc yaşayışının örnək olduğunu vurğulayıb.

Anım tədbirində çıxış edən yəhudiəsilli deputat N.Çurkan yəhudilərə qarşı Holokost qətliamını xatırlayaraq bir xalqa qarşı törədilmiş genosidin dəhşətlərilə tanış olduğunu bildirib, keçmiş nəsillərdən qalan tarixi dəlillərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib, ölkə daxilində birlikdə yaşayan xalqların bir-birinə hörmət etməli olduğunu, yalnız bundan sonra sülhə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

Yekun nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, Xocalı qətliamına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırıb, bu faciənin insanlıq əleyhinə törədilmiş ən ağrılı cinayətlərdən biri olduğunu bildirib və ermənilərin tarixboyu Dağlıq Qarabağla bağlı apardıqları təxribatçı siyasətdən danışıb.

Bundan əlavə, tədbirdə Türkiyə Səfirliyinin əməkdaşı öz nitqində “iki millət, bir dövlət” şüarına istinad edərək qardaş Türkiyənin ölkəmizin hər zaman yanında olduğunu vurğulayıb. Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, vətənpərvər diaspor üzvləri Maarif Rəhimov, Yasin Seyidov və Ramiz Ansarov Azərbaycan, rus və rumın dillərində çıxışlar edərək Xocalı həqiqətlərini tədbir iştirakçıları ilə bölüşüb.

Yekun olaraq tədbirdə Xocalıda baş verən faciənin Moldova Respublikasının parlamenti tərəfindən soyqırım olaraq tanınması üçün müvafiq müraciət ünvanlanmasına dair qərar verilib.

Sonda Xocalıda və Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə dualar oxunub, faciə qurbanlarına həsr edilmiş fotoşəkillərdən ibarət guşənin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulub.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub