İDMAN
Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı bombardiri seçilib
Bakı, 1 mart, AZƏRTAC
“Yuventus”un oyunçusu Ronaldo futbol tarixinin ən yaxşı bombardiri seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb. Belə ki, futbolçu İtaliya A Seriyasının 24-cü turunda “Verona” ilə səfər matçında (1:1) fərqlənib və bu görüş onun üçün əlamətdar olub. Portuqaliyalı hücumçu peşəkar karyerasında vurduğu 766-cı qolla dünya futbolu tarixində yeni bir rekorda imza atıb. Təşkilat yalnız ən yüksək və rəsmi səviyyədə keçirilən görüşlərdə vurulan qolları nəzərə alıb.
Bununla da, Kriştiano Ronaldo əfsanəvi Peleni (765 qol) üstələyib.
Qeyd edək ki, Ronaldo bu mövsüm "Yuventus"da 29 matçda 26 qol vurub və 3 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]