CƏMİYYƏT
Paytaxtın Sabunçu rayonunda oğurlanan avtomobil Bərdə rayonunda saxlanılıb
Bakı, 1 mart, AZƏRTAC
Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edən Naxçıvan şəhər sakini A.Ağalarov fevralın 24-dən 27-dək olan müddətdə Bakıxanov qəsəbəsindən “Ford” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Cəlilov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Faktlarla bağlı rayon polis idarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]