ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq elmi seminarda çıxış edib
Bakı, 3 mart, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun “Riyazi iqtisadiyyat” mövzusunda keçirilən onlayn elmi seminarına qoşulub.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Bildirilib ki, elmi seminar akademik Viktor Polteroviç və fizika-riyaziyyat elmləri doktoru, professor Vladimir Danilov tərəfindən idarə olunub. Tədbirdə müəlliflər kollektivinin hazırladığı “Elmi nəticələrin formalaşması prosesinin agent modeli” mövzusunda məruzə dinlənilib.
Məruzə ətrafında müzakirələrdə iştirak edən dosent Əlövsət Əliyev elmi tədqiqatların səmərəliliyində və elmi rəqabət mühitinin formalaşmasında qrant maliyyələşməsi sisteminin əhəmiyyətini önə çəkərək bir çox digər tədqiqatçı parametrlərinin də nəzərə alınmasının vacibliyini qeyd edib.
Seminar iştirakçıları institutlararası beynəlxalq əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.