DÜNYA
Fransada koronavirusa yoluxanların 50 faizi Britaniya ştammının daşıyıcılarıdır
Paris, 4 mart, AZƏRTAC
Fransada kanalizasiya sularında aparılan analizlərin nəticəsinə əsasən, yoluxmaların 50 faizinin koronavirusun Britaniya ştammının olduğu aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Fransada kanalizasiya sularında virusu izləmək üçün tədqiqatçıları bir araya gətirən observatoriya (Obepine) tədqiqat şəbəkəsi tərəfindən aparılan analizlər İls-dö-Fransa regionunda çirkli sularda virusun Britaniya ştammının artdığını aşkarlayıb. Bildirilib ki, yaxın günlərdə ölkədə epidemiya vəziyyətinin yaxşılaşacağı gözlənilmir.
Yanvar ayından ölkədə Britaniya ştammının inkişafını izləyən tədqiqat şəbəkəsi qeyd edib ki, əldə edilən nəticələr ölkədə epidemiyanın təkamülü tendensiyasını göstərir.
Kanalizasiya sularında aparılan son analiz nəticələri yoluxma sayının azalmayacağını göstərir. Son 10 gündə çirkli sularda virusun daha çox olduğu aşkarlanıb ki, bu da yoluxanların sayının yoluxmayanlardan daha çox olduğunu göstərir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris