Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Antonio Quterreş: COVID-19 böhranı qadınlara daha çox təsir edib

Antonio Quterreş: COVID-19 böhranı qadınlara daha çox təsir edib

Bakı, 6 mart, AZƏRTAC

Beynəlxalq Qadınlar Gününü qlobal pandemiya dövründə qeyd etdiyimiz dövrdə hamımız üçün bəlli bir həqiqətlə üzləşirik: COVID-19 böhranı qadınlara daha çox təsir edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Bərabərsizliyi dərinləşdirən böhran” adlı məqaləsində deyilir.

Baş katib daha sonra bunları qeyd edib: “Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir və gender bərabərliyi naminə illər ərzində əldə olunan irəliləyişləri heçə endirir.

Pandemiya əsasən qadınların işlədiyi sektorlara daha ciddi təsir edib. Pandemiya ilə mübarizənin “ön cəbhəsində” olan qüvvənin əsasını qadınlar təşkil edir. Bunların da əksəriyyəti iqtisadi inkişafın aşağı pilləsində olan irqi və etnik baxımdan marqinal qrupları təmsil edirlər.

Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24 faizdən daha çoxdur. Onsuz da geniş yayılan genderlər arası maaş fərqi daha da artıb. Bu, səhiyyə sektorunda da özünü büruzə verib.

Evdən çıxmağa qadağanın qoyulması və məktəb və uşaq bağçalarının bağlanması səbəbindən ödənişsiz qayğı yükünün həcmi kəskin dərəcədə artıb. Milyonlarla qız artıq məktəbə qayıtmaya bilər. Analar və xüsusilə tənha analar, ciddi çətinlik və narahatlıq doğuran hallarla qarşılaşır.

Eyni zamanda, COVID-19 pandemiyası dünyada qadınlara qarşı şiddət epidemiyasının da yayılmasına səbəb olmuş, məişət zorakılığı, insan alveri, cinsi istismar və erkən evlilik hallarının sayında kəskin artıma təkan verib.

Səhiyyə işçilərinin əksəriyyətinin qadın olmasına baxmayaraq, son araşdırmalardan biri COVID-19-la mübarizə üzrə işçi qruplarının yalnız 3,5 faizinin bərabər sayda kişi və qadınlardan ibarət olduğunu aşkar edib. Pandemiya ilə bağlı qlobal xəbərlərdə fikir bildirən hər beş mütəxəssisdən yalnız biri qadın olub.

Bu istisna nümunələri özü-özlüyündə həyəcan təbili çalmaq üçün əsas verir. Qadınların liderliyini və bərabər iştirakını inkişaf etdirmək üçün dünyaya yeni bir təkan tələb olunur. Təbii ki, bu kimi tədbirlərin hamı üçün faydalı olduğu məlumdur.

COVID-19-a qarşı cavab tədbirləri qadın liderliyinin gücünü və effektivliyini nümayiş etdirib. Keçən il ərzində rəhbəri qadın olan ölkələrdə yoluxma nisbəti daha az olmuş və əksər hallarda həmin ölkələr pandemiyadan sağalma sahəsində daha üstün mövqe tutub. Qadın təşkilatları, xüsusilə icma səviyyəsində mühüm xidmətlərin təmin edilməsində və məlumatların çatdırılmasında əhəmiyyətli boşluqları aradan qaldırıb.

Bir qayda olaraq qadınların rəhbərlik etdiyi hökumətlərin fəaliyyətində sosial müdafiəyə daha böyük investisiyaların yatırılmasının və yoxsulluğa qarşı daha çox addımların atıldığının şahidi oluruq. Qadınlar parlamentdə təmsil olunduqda, ölkələr iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı daha sərt siyasətlər qəbul edirlər. Qadınlar sülh danışıqlarında iştirak etdiyi hallarda əldə olunan razılaşmalar daha dayanıqlı olur.

Bununla belə, qadınlar dünya səviyyəsində milli qanunverici orqanların yalnız dörddə birini, yerli hökumət üzvlərinin üçdə birini və kabinet üzvlərinin isə yalnız beşdə birini təşkil edir. Belə getsə, qanunvericilik orqanlarında gender bərabərliyi 2063-cü ildən əvvəl əldə olunmayacaq. Hökumət başçıları səviyyəsində bərabərliyə nail olmaq isə bir əsrdən çox vaxt apara bilər.

Daha firavan gələcək sözügedən natarazlığın aradan qaldırılmasından asılıdır. Qadınlar, onların həyatlarına təsir edən qərarlar barədə səlahiyyətli tərəf kimi fikir bildirmək üçün bərabər hüquqa malikdir. Birləşmiş Millətlər Təşkilatının rəhbər vəzifələrində gender bərabərliyinə nail olmağımla fəxr edirəm.

Pandemiyadan sonrakı bərpa prosesi yeni və bərabərlik bəxş edən yolu müəyyən etmək üçün gözəl bir fürsətdir. Dəstək və imtiyaz proqramları xüsusilə qadınlar və qızları hədəf almalıdır. Bunun üçün qayğı infrastrukturuna da daha böyük investisiyalar yatırılmalıdır. Rəsmi iqtisadiyyat qadınların ödənişsiz qayğı işləri ilə subsidiyalaşdırıldığına görə ayaqda qalmaqdadır.

Böhrandan çıxış mərhələsi inklüziv, yaşıl və dayanıqlı gələcəyə doğru bir yoldan keçməlidir. Dünya liderlərini altı əsas təməl prinsipləri təmin etməyə çağırıram:

Birincisi, xüsusi tədbirlər və kvotalar vasitəsi şirkətlərin idarə heyətlərindən başlayaraq parlamentlərə, ali təhsildən dövlət qurumlarına qədər bütün təsisatlarda bərabər təmsilçiliyi təmin edin.

İkincisi, qayğı iqtisadiyyatı və sosial müdafiəyə əhəmiyyətli dərəcədə sərmayə edin və evdə görülən işlərin görünməsini və hesaba alınmasını təmin etmək üçün Ümumi Daxili Məhsulun tərifini yenidən təyin edin.

Üçüncüsü, əmək bazarına çıxış, mülkiyyət hüquqları və hədəfli kredit və investisiyalar daxil olmaqla, qadınların iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək üçün maneələri aradan qaldırın.

Dördüncüsü, əmək və torpaq hüquqlarından tutmuş şəxsi status və zorakılığa qarşı müdafiəyə qədər olan bütün sahələrdə ayrı-seçkilik mahiyyətli qayda və qanunları ləğv edin.

Beşincisi, hər bir ölkə qadın və qızlara qarşı zorakılığa qarşı təcili fəaliyyət planı hazırlamalı və bu bəlaya son qoymaq üçün maliyyə yönəltməli, siyasət qəbul etməli və siyasi iradə nümayiş etdirməlidir.

Altıncısı, düşüncə tərzini dəyişmək, məlumatlılığı artırmaq və sistemdəki qərəzli münasibəti aradan qaldırmaq.

Hazırda bəşəriyyətimizin yüz illərlə kök salmış və sistemli ayrıseçkiliyi geridə qoymaq imkanı var. Bərabər hüquqlu gələcək qurmağın zamanıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH