MƏDƏNİYYƏT
“Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda elmi konfrans keçiriləcək
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu mayın 21-də “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda elmi konfrans təşkil edəcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfrans Nizami yaradıcılığında dini-fəlsəfi motivlər, irfani düşüncə tərzi və “ədalət” konsepsiyası, islami dəyərlər, peyğəmbərin mədhi və nət ənənəsi, “Xəmsə”də minacat, habelə multikultural və tolerant dəyərlər, humanizm ideyaları, Nizami Gəncəvi qəhrəmanlarının dini mənsubiyyəti, şairin əsərlərində insan haqlarının təbliği, nizamişünaslığın aktual problemləri və digər bu kimi mövzuları əhatə edəcək.
Konfransa məqalələri aprelin 26-dək göndərmək olar. Ətraflı məlumat institutun “Facebook” səhifəsində yerləşdirilib.