Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin plenar iclası keçirilib

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda sədr, əvvəlcə, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayından söz açıb. Qurultay münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edib. Qeyd edib ki, qurultayda YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev geniş nitqlə çıxış edib. Proqram xarakteri daşıyan həmin nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib.

Sahibə Qafarova deyib: “Bu gün biz qürurla söyləyirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll edib, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edib, dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Prezident İlham Əliyev dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.

Milli Məclisin sədri deputatların nəzərinə çatdırıb ki, qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, struktur və kadr dəyişiklikləri həyata keçirilib. Məmnunluqla bildirib ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Parlamentin rəhbəri bütün həmfikirləri adından Mehriban xanım Əliyevanı təbrik edərək bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıb. Həmçinin partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarını da təbrik edib və onların öz fəaliyyətləri ilə bu yüksək etimadı doğruldacaqlarına inamını bildirib.

İclasda spiker Sahibə Qafarova vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranıb; vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf edərək ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib. Milli Məclisin sədri əminliyini bildirib ki, YAP-ın üzvləri Azərbaycan Prezidenti və partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər.

Sonra çıxışında ordu ilə bağlı məsələyə toxunan Sahibə Qafarova deyib ki, ordu quruculuğu, silahlı qüvvələrin kompleks inkişafı və modernləşdirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Şanlı Ordumuzun vəziyyəti və nailiyyətləri Milli Məclisin iclaslarında da dəfələrlə vurğulanıb və yüksək qiymətləndirilib. Qeyd edib ki, hazırda dünyanın güclü orduları sırasında layiqli yer tutan Azərbaycan Ordusu Vətən müharibəsi zamanı ölkəmizin və dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazıb.

Spiker onu da vurğulayıb ki, erməni faşizmi üzərində qələbənin silahlı qüvvələrimizin texnoloji təminatı hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti, fədakarlığı sayəsində əldə edildiyini unutmaq olmaz. Prezident İlham Əliyev dediyi kimi, “bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Milli Məclisin sədri bildirib ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən hərbi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edir və bu günlərdə post-müharibə dövrünün, xidmətin xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

Plenar iclas iştirakçılarına məlumat verilib ki, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Sahibə Qafarova nəzərə çatdırıb ki, maaş əlavələri ilə bağlı bu qərar zaman tələb edən proses nəticəsində qəbul olunub. “Bütün bunlar onu göstərir ki, hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar və onların problemlərinin həlli hər zaman olduğu kimi bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq”.

Sədrin çıxışından sonra plenar iclasda səkkiz məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Kəmaləddin Qafarov, Azay Quliyev, Cavid Osmanov, Əli Məsimli, Zahid Oruc, Soltan Məmmədov, Etibar Əliyev, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Fazil Mustafa ölkə və dünya gündəminin aktual hadisələrinə dair fikirlərini bildiriblər. Bir sıra təkliflər irəli sürülüb.

Gündəlikdəki məsələlərin müzakirəsi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin dinlənilməsi ilə başlanıb. 2020-ci il üzrə illik məruzəni parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən söz açan məruzəçi bildirib ki, ədliyyə və məhkəmə işçiləri, həmçinin bələdiyyə nümayəndələri də həmin döyüşlərdə fədakarlıq göstəriblər. Müharibə dövründə Ədliyyə Nazirliyi ordumuza, yaralılara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstəyini əsirgəməyib. Eyni zamanda, nazirlik xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına və nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı və insanlıq əleyhinə cinayətləri barədə reallığı əks etdirən 400-dək müraciət ünvanlayıb. Ölkəmizin ədalətli mövqeyini təbliğ etmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən yaradılan “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması http://justice.gov.az/categories/1148) 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərib. Ölkə həqiqətlərini dünyaya geniş yaymaqda və erməni təbliğatını ifşa etməkdə öz imkanlarını səfərbər etmələri üçün bələdiyyələrlə də lazımi iş aparılıb.

Deputatların nəzərinə çatdırılıb ki, pandemiya ilə bağlı karantin tədbirlərinə baxmayaraq, 2020-ci ildə də bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması, yol verilmiş pozuntuların aradan qaldırılması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilib.

Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə ötən il mövcud qanunvericiliyə bir sıra dəyişikliklər edildiyini də vurğulayıb. Yerli özünüidarəetmə qurumlarının işinə kömək və metodoloji yardım məqsədilə təlimatlar hazırlandığını bildirib.

Məruzəçi məlumat verib ki, 2020-ci il ərzində Ədliyyə Nazirliyində 79 min 858, Naxçıvan MR-in Ədliyyə Nazirliyində isə 2 min 670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb və hüquqi ekspertizadan keçirilib. Həmin sənədlərin 95,7 faizi qanunvericiliyə uyğun hesab edilib. 2 min 939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1416 akt ləğv edilib, 1316 akt isə dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 13 təklif üzrə məhkəmə iddiası qaldırılıb, onlardan 2-si təmin edilib.

Nazir müavini nəzərə çatdırıb ki, 2020-ci ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 206 müraciətə baxılıb; 164 müraciət təmin və ya qismən təmin edilib ki, bu da 2019-cu illə müqayisədə 17 faiz çoxdur. İl ərzində bələdiyyələrin vəzifəli şəxslərindən 172 nəfər barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Deputatlara bildirilib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət tədbirləri nəticəsində ötən il 8 min 217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb, 2 min 261 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Məruzəsinin yekununda ölkəmizdə bələdiyyələrin 1999-cu ildən fəaliyyət göstərdiyini qeyd edən Vilayət Zahirov işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkilərinin keçirilmədiyini, işğal nəticəsində məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın öz konstitusion hüquqlarından – yerli özünüidarəetmə hüququndan məhrum olduğunu vurğulayıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başa çatdıqdan, yaşayış üçün zəruri infrastruktur yaradıldıqdan sonra öz ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımızın konstitusion hüquqları da bərpa olunacaq, o torpaqlarda bələdiyyə seçkiləri keçiriləcək və yerli özünüidarə orqanları formalaşacaq. Bu istiqamətdə Ədliyyə Nazirliyi də qarşısında dayanan vəzifələri yerinə yetirməkdə davam edir.

Sonra iclasda regional məsələlər komitəsinin üzvü Nizami Cəfərov illik məruzənin bu komitədə geniş müzakirə olunduğunu bildirib, fikirlərini açıqlayıb.

Plenar iclasda məruzə ətrafında aparılan müzakirələrdə birinci vitse-spiker Əli Hüseynli, vitse-spiker Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov və Tahir Rzayev, deputatlar Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Kamran Bayramov, Azər Badamov, Erkin Qədirli, Əli Məsimli, Razi Nurullayev illik məruzəni və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2020-ci ildə gördüyü işləri müsbət dəyərləndiriblər. Məruzənin yüksək səviyyədə hazırlandığı qeyd olunub. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə irad və təkliflər nəzərə çatdırılıb.

Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alınıb.

Plenar iclasın gündəliyindəki qanun layihələrini iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov, ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim ediblər.

İclasda üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda, Ailə Məcəlləsində və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olunub.

Sonra ikinci oxunuşda plenar iclasa təqdim olunmuş 3 məsələyə baxılıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, həmçinin “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda öncə əsas kimi qəbul olunub, sonra maddə-maddə səsə qoyulub. Deputatlar həmin qanunların üçünə də ayrı-ayrılıqda ikinci oxunuşda müsbət səs veriblər.

İclasın yekununda “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Deputatlara məlumat verilib ki, təqdim edilən qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu ildə qəbul olunmuş qanunun icrası ilə əlaqədardır. Həmin dövrdə Vergi Məcəlləsinə 162 maddədən ibarət fundamental dəyişikliklər edilib. Hazırda icra haqqında qanuna təklif edilən dəyişiklik uyğunlaşdırma məqsədi daşıyır.

Fikir mübadiləsindən sonra qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Plenar iclasda qanun layihələri ətrafında aparılan müzakirələrdə deputatlar Tahir Kərimli, Sadiq Qurbanov, Bəxtiyar Əliyev, Rüfət Quliyev, Qüdrət Həsənquliyev rəy və təkliflərini bildiriblər.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb