REGİONLAR
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib VİDEO
Tovuz, 9 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun girişində Tovuzçay körpüsü üzərində qeydə alınıb. Yolun buzlu olması nəticəsində “Mercedes-Benz” və “Toyota” markalı avtomobillər toqquşub.
Hadisə zamanı “Mercedes”də olan 1992-ci il təvəllüdlü Kamran Paşayev, 1995-ci il təvəllüdlü Anar Əhmədov, 1992-ci il təvəllüdlü Nizaməddin Rüstəmov, “Toyota”da olan 1976-cı il təvəllüdlü Aytəkin Niyazova, 1976-cı il təvəllüdlü Könul Kərimova və 1972-ci il təvəllüdlü İlqar Quliyev müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya aparılıblar. Xəsarət alanlardan biri - Göygöl rayon sakini Aytəkinin Niyazova vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Digər xəstələr reanimasiya şöbəsinə yerləsdiriliblər. Vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]