REGİONLAR
Biləsuvarda 1295 hektardan çox sahədə yazlıq bitkilər əkilib
Biləsuvar, 9 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb.
Rayonun statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1295,4 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 477,5 hektar çoxdur. Əkin aparılmış sahələrin 791 hektarın təzə yonca, 87,4 hektarını kartof, 395,9 hektarını tərəvəz, 21,1 hektarını isə dənli paxlalı bitkilər təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6300 hektar sahədə pambıq əkilməsi üçün şum da aparılıb.
Qeyd edək ki, ötən il rayonda 10 min 61 hektar sahədə pambıq əkilib və hər hektardan 28,1 sentner xam pambıq yığılmaqla, 28 min 300 ton məhsul tədarük olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]