REGİONLAR
Spelio üzrə Culfa rayon birinciliyində 16 idmançı iştirak edib
Culfa, 9 mart, AZƏRTAC
Muxtar respublikanın Culfa rayonunda həvəskar yeniyetmə və gənclər arasında Spelio - mağara turizm idman yürüşü üzrə rayon birinciliyi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Camaldın kəndində keçirilən yarış Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Culfa və Ordubad rayon bölmələrinin və rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə reallaşıb.
Birincilikdə 16 idmançı iştirak edib. İştirakçılar məlumatlandırıldıqdan sonra birinciliyə start verilib. Yekun nəticəyə əsasən, Ordubad rayonu üzrə Əmrah Nağıyev I, Miryusif Seyidov II, Murad Cəfərov III yerə, Culfa rayonu üzrə Əli Əliyev I, Nizami Babayev II, Rəfayıl Qurbanlı isə III yerə layiq görülüblər.
Qalib və fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.