İQTİSADİYYAT
“Həmkar Qiymətləndirilməsi” hesabatı yekunlaşıb
Bakı, 12 aprel, AZƏRTAC
Hesablama Palatasının təşəbbüsü və Türkiyə Respublikası Sayıştay Başkanlığının həmkarlarının dəstəyi ilə həyata keçirilən “Həmkar Qiymətləndirilməsi” fəaliyyəti başa çatıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar ayından həyata keçirilməkdə olan “Həmkar Qiymətləndirilməsi” fəaliyyəti çərçivəsində Hesablama Palatası tərəfindən aparılmış uyğunluq, maliyyə və perfomans (səmərəlilik) auditlərinin ali audit qurumlarının beynəlxalq audit standartlarına (ISSAI) uyğun aparılması və ümumilikdə Ali Audit Qurumlarının Fəaliyyətinin Qiymətləndirilməsi çərçivəsində (SAI PMF) hər üç audit istiqaməti üzrə sənədlər altı domen və on göstərici üzərindən qiymətləndirilərək “Həmkar Qiymətləndirilməsi” hesabatı hazırlanıb və palataya təqdim edilib.