ELM VƏ TƏHSİL
“Geologiya və geofizikada innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunacaq
Bakı, 21 aprel, AZƏRTAC
Geologiya və Geofizika İnstitutu (GGİ) “Geologiya və geofizikada innovasiyalar” mövzusunda gənc alim və tələbələrin 8-ci ənənəvi beynəlxalq elmi konfransını təşkil edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Nizami Gəncəvi İli”nə həsr olunan onlayn tədbir oktyabrın 5-8-də Bakıda reallaşacaq. Konfransın keçirilməsində məqsəd geologiya və geofizika sahəsində elmi iş aparan gənc tədqiqatçıları bir araya gətirməkdir.
Elmi tədbir “Yer qabığının araşdırılmasında yeni yanaşma və metodlar”, “Geoloji və geofiziki problemlərin həllində informasiya texnologiyaları”, “Yer tarixinin dövrləşdirmə problemləri və geoloji hadisələrin əlaqəsi”, “Karbohidrogen və filiz-maqmatik sistemlər”, “Kompüter elmləri və geologiyası - Yer qabığının maddi və struktur təkamülünün geodinamik qanunauyğunluqları” kimi istiqamətləri əhatə edəcək.