DÜNYA
Qırğızıstanın prezident idarəçilik formasına keçməsi ilə əlaqədar hökumətin formalaşdırılması davam edir
Bişkek, 5 may, AZƏRTAC
Qırğızıstanın prezident idarəçilik formasına keçməsi ilə əlaqədar hökumətin formalaşdırılması davam edir.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarovun fərmanları ilə Taalaybek Omuraliyev müdafiə, Ruslan Kazakbayev xarici işlər, Asel Çınbayeva ədliyyə, Alımkadır Beyşenaliyev səhiyyə, Bolotbek Kupeşev təhsil və elm, Kayrat İmanaliyev mədəniyyət, informasiya, idman və gənclər siyasəti, Boobel Ajikeev fövqəladə hallar, Ulan Niyazbekov daxili işlər, Qulmira Abdraliyeva nəqliyyat və kommunikasiya, Kumanıçbek Turdubayev energetika və sənaye, Askarbek Canıbekov kənd, meşə və su təsərrüfatı, Almambet Şıkmamatov investisiyanın cəlb olunması və müdafiəsi nazirləri təyin ediliblər.
Prezidentin digər fərmanları ilə Dinara Kutmanova Ekologiya və İqlim üzrə Dövlət Komitəsinin və Kamçıbek Taşiyev isə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrləri vəzifələrini tutublar.
Hökumətin formalaşdırılması davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek