İQTİSADİYYAT
Rabitəçi şəhid ailələrinə və müharibə veteranlarına bayram sovqatı təqdim olunub
Bakı, 6 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) tərəfindən müqəddəs Ramazan bayramı ərəfəsində rabitəçi şəhid ailələrinə və müharibə veteranlarına bayram sovqatı təqdim edilib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, “Baktelecom”un Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə baş tutan aksiyada ərzaq bağlamaları hazırlanaraq təhvil verilib.
Xeyriyyə təşəbbüsünə şirkətin strukturuna daxil olan bütün rabitə xidmətləri mərkəzləri, idarə və təşkilatları da qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]