CƏMİYYƏT
Azərbaycan və İranın qida mütəxəssisləri əməkdaşlıq barədə müzakirələr aparıblar
Bakı, 6 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və İran İslam Respublikasının Bitkilərin Mühafizəsi Təşkilatının nümayəndə heyətləri arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə sərhəd bölgələrinə səhra çəyirtkələrinin hücum ehtimalı olduqda qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Bundan başqa, ölkəmiz vasitəsilə İrana daxil olan Rusiya taxta məmulatlarının dezinfeksiyası, habelə pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin istehsalçıları barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla İran arasında əməkdaşlıq üzrə hazırlanacaq illik fəaliyyət planında qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantin sahələrində informasiya mübadiləsi həyata keçirilməsinin nəzərə alınması təklifi ətrafında məsləhətləşmələr olub.
Görüşdə, həmçinin fitosanitar sertifikatların elektron qaydada verilməsi və gələcəkdə bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə əməkdaşlıq etmək niyyəti ifadə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]