ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Təhsil” kuboku keçiriləcək
Bakı, 7 may, AZƏRTAC
Mayın 8-9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən 64-xanalı dama üzrə beynəlxalq onlayn “Təhsil” kuboku turniri təşkil ediləcək. Turnir Təhsil Nazirliyinin və Azərbaycan Dama Federasiyasının dəstəyi, Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 11 turdan ibarət və www.playok.com internet portalı üzərindən keçiriləcək yarışda dünyanın müxtəlif ölkələrindən 17 yaşadək damaçılar iştirak edəcək.
Beynəlxalq turnirdə ilk 5 yerə layiq görülən damaçılar pul mükafatı və diplomla mükafatlandırılacaq.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, pandemiya dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]