DÜNYA
Rumıniyada çimərliklərdə maska ilə gəzmək ləğv ediləcək
Buxarest, 8 may, AZƏRTAC
İyunun 1-dən Rumıniyada çimərliklərdə icbari maska taxmaq ləğv olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri Florin Kitsu dəniz sahillərində işləyən sahibkarlarla görüşü zamanı deyib. Hökumət eyni zamanda restoran və hotelləri peyvənd olunan vətəndaşlar üçün açmaq qərarına gəlib. Mayın 15-də isə Buxarest milli teatrında peyvənd olunan vətəndaşlar üçün tamaşa keçiriləcək. Burada da maska taxmağa ehtiyac olmayacaq. Qeyd edək ki, Rumıniyada koronavirusla bağlı kəskin vəziyyəti hökumət ölkədə peyvəndlənmənin aparılması nəticəsində nəzarət altına ala bilib. Koronavirus xəstələrinin sayında tədricən azalma hiss edilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]