SİYASƏT
Fransalı mer: Faşizm ideologiyasına qarşı qətiyyətlə mübarizə aparılmalıdır
Veysak, 8 may, AZƏRTAC
Silahdaşları onu “Xarko” çağırıblar, biz də “Xarko” deyirik. Əhmədiyyə Cəbrayılovun müharibə vaxtı keçdiyi yol onun qətiyyətli şəxsiyyət olduğunu göstərir. O, çox cəsarətli olub.
Bu fikirləri Fransanın Veysak şəhərinin meri Fransis Delmas azərbaycanlı qəhrəmanların xatirəsinin anım tədbirində AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Əhmədiyyə Cəbrayılov haqqında çox danışılır, veysaklılar onun xatirəsini daim hörmətlə anırlar. Almaniyadan həbs düşərgəsindən qaçaraq, Fransaya gələn, düşərgədə yaşadığı çətinliklərə baxmayaraq, Ə.Cəbrayılov yenidən Kabertat partizanlarına qoşularaq faşistlərə qarşı mübarizəsini davam etdirib.
“Faşizm ideologiyası məhv edilməlidir. Belə ideologiyaya malik insanlar çox qorxulu və təhlükəlidirlər. Onlar heç nədən çəkinmir və hətta mülki insanları məhv edirlər. Faşizm ideologiyasına qarşı qətiyyətlə mübarizə aparılmalıdır”, - deyə mer qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Veysak