Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV Beynəlxalq konfrans keçirilib

ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV Beynəlxalq konfrans keçirilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV Beynəlxalq konfrans keçirilib.

Artıq ənənə halını almış və silsilə olaraq keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş eyniadlı I Beynəlxalq elmi konfrans da öz geniş miqyasına, əhatə dairəsinə görə mötəbər və yaddaqalan olub.

konfransın bölmə iclaslarının müzakirələri dünyanın 11 ölkəsində və 14 universitetində keçirilmişdi. Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus, Gürcüstan və s. kimi ölkələrin nüfuzlu universitetlərində təşkil olunmuş konfrans böyük marağa səbəb olmuşdu. II Beynəlxalq elmi konfrans isə ali təhsil müəssisələri ilə yanaşı, respublikamızın 10-a yaxın rayon və şəhərində, məcburi köçkün məktəblərində baş tutmuşdu. Konfransın miqyasının məktəblərə yayılması orada təhsil alan şagirdlərin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında öz töhfəsini vermişdi. Konfransda, həmçinin Rumıniya, Rusiya, Serbiya, Fransa, İsrail, İndoneziya və s. ölkələrin nümayəndələri iştirak etmişdilər.

ADU-dan AZƏRTAC-a bildirilib ki, ənənəni davam etdirərək builki Beynəlxalq konfrans pandemiya vəziyyəti ilə əlaqədar olaraq onlayn formatda keçirilib.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov konfrans iştirakçılarını salamlayaraq, uğurlar arzu edib. O, əvvəlki illərdə baş tutan konfransları xatırladaraq bildirib ki, ADU-da keçirilən və artıq ənənə halını almış bu konfransa hər il olduğu kimi, bu il də maraq çox böyük olub. Builki konfrans həm də ölkəmizin İkinci Dünya müharibəsində qazandığı parlaq qələbə, böyük zəfər ilə də əlamətdardır, bu isə öz növbəsində multikultural siyasətin əsasını qoyan ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin təzahürüdür. Ulu Öndərin qurduğu düzgün daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir.

Konfransa 27 təhsil müəssisəsindən 150-dən artıq elmi tezis təqdim olunub. Konfrans iştirakçıları öz rəngarəng və məzmun dolğunluğu ilə seçilən mövzularını təqdim ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüfət Hüseynzadə belə bir konfransda çıxış etməsindən böyük qurur hissi duyduğunu bildirib. O, Ulu Öndərin müəllimlik peşəsinə verdiyi qiymət və dəyərli fikirlərindən danışıb.

ADU-nun dosenti Vidadi Bəşirov da öz növbəsində bildirib ki, cəmiyyətdə mənəvi sağlamlıq pedaqoji fəaliyyətin təzahürüdür. Respublikamızın regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarından konfransa qatılan əməkdaşların məruzələri təqdirəlayiqdir.

Ağdam rayonu 1nömrəli tam orta məktəbin müəllimi Könül Aslanovanın “Heydər Əliyev və Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşa” adlı məruzəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşı Sahilə Ağasiyevanın “Azərbaycanda multikultural və tolerant dəyərlər: Heydər Əliyevin dövlət siyasətinin əsas prinsipləri kimi” mövzusunda çıxışı maraqla qarşılanıb. Şamaxı rayon, Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova “Heydər Əliyev və qadın siyasəti” adlı məruzəsində qadınlara verilən dəyər və diqqətin Ulu Öndərin əsas prinsiplərindən biri olduğunu bildirib.

Sonra Azərbaycanın Almaniya, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və s. kimi ölkələrlə olan multikultural əlaqələrini, münasibətlərini əks etdirən maraqlı mövzularda məruzələr dinlənilib.

Bakı Dövlət Universitetinin dosenti Pərvanə İbrahimovanın tələbəsi ilə birgə “İkinci Qarabağ müharibəsi: Türkiyə mediasının yanaşması” adlı məruzə öz aktual məzmunu ilə seçilən çıxışlardan olub.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı Kamal Salayevin “Azərbaycanlılarla gürcülərin arasındakı multikultural əlaqələrin formalaşmasında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti”, Ramilə Dadaşovanın “Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-də islahatlar haqqında ideya və təklifləri”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dosenti Nigar Axundovanın “Azərbaycan Respublikasının beynəlxalq mədəni əlaqələrində multikulturalizmin yeri” adlı məruzələri Azərbaycanın beynəlxalq siyasətini müfəssəl şəkildə əhatə edən çıxışlar arasında yer alıb.

Konfransa, həmçinin respublikamızın digər universitetləri və elm ocaqlarından, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Bakı Biznes Universiteti, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, İ.Nəsimi adına Dilçilik İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı və Cəlilabad filialı əməkdaşlarının tezisləri yer alıb.

Azərbaycan Dillər Universitetinin dosenti Elxan Yusifovun “Heydər Əliyevin Almaniya siyasətinin prioritet cəhətləri” mövzusunda çıxışı konfrans iştirakçılarının marağına səbəb olub.

ADU-nun əməkdaşı Losefina Blazsani-Batto Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıqdan danışıb, Azərbaycanın mədəni irsini, dilini və ədəbiyyatını gənclər xüsusilə uşaqlar və tələbələr arasında tanıtmaq məqsədilə Azərbaycan nağıllarının nümunəsi əsasında apardığı təcrübəni slayd şəklində konfrans iştirakçılarına təqdim edib.

ADU-nun əməkdaşları ilə yanaşı, digər ali təhsil müəssisələrindən olan əməkdaşların məruzələri yüksək qiymətləndirilib. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin müəllimi Emil Ağayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı Abdulxaliq Məmmədli, ADU-nun əməkdaşı Aygün Soltanzadə məruzələrini prezentasiya şəklində konfrans iştirakçılarına təqdim edib.

Konfransda, həmçinin Ukrayna, Tatarıstan və Rumıniyanın nüfuzlu universitetlərdən olan əməkdaşların məruzələri maraqla dinlənilib. Kiyev Milli Linqvistik Universitetinin dosenti Anastasiya Pojar Ukrayna və Azərbaycanın multikultural əlaqələrindən, iki universitet arasında olan sıx əməkdaşlıqdan, orada fəaliyyət göstərən Azərbaycan mərkəzindən danışıb. O, çıxışın sonunda Azərbaycanı ədaləti bərpa edərək, torpaqlarını işğaldan azad etməsi münasibətilə bir daha təbrik edib. Rumıniyanın A.İ.Kuza adına Yasski Universitetinin dosenti Lyudmila Bejenaru iki ölkə arasında olan sıx əməkdaşlıqdan, Azərbaycanda multikulturalizm sahəsində apardığı 10 illik təcrübəsindən, iki ölkə arasında olan münasibətlərdən, Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.

Konfransın bağlanış nitqində elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov hər bir iştirakçıya təşəkkürünü bildirib, səsləndirilən məruzələrin hər birinin maraqlı və əhatəli olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin bu yöndə apardığı siyasəti yüksək dəyərləndirən professor Novruz Məmmədov qeyd edib ki, multikulturalizm sülhün və əmin-amanlığın bərpasına xidmət edən nəzəriyyə və ideyadır. O, həmçinin ADU-nun rektoru, akademik Kamal Abdullanın multikulturalizm sahəsində atdığı addımlardan bəhs edib.

Sonda iştirakçılar universitet rəhbərliyinə və təşkilatçılara maraqlı konfransa görə təşəkkür ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib