Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikanın rayonlarında alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbirlər keçirilib

Muxtar respublikanın rayonlarında alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbirlər keçirilib

Naxçıvan, 9 may, AZƏRTAC

1941-1945-ci illər İkinci Dünya müharibəsində qazanılan tarixi Qələbənin 76-cı ildönümü muxtar respublikamızın rayonlarında da qeyd olunub.

Şərur rayonu

Şərur rayonunun ictimaiyyət nümayəndələri rayon mərkəzində İkinci Dünya müharibəsi veteranlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Alman faşizminə qarşı müharibədə Şərur rayonundan ordu sıralarına 4 min 7 nəfər səfərbər edilib, onlardan 1789 nəfəri həlak olub, yaxud itkin düşüb. Hazırda rayonda İkinci Dünya müharibəsi veteranlarının 3-ü, həlak olmuş müharibə veteranlarının 44 nəfər dul arvadı, 48 nəfər arxa cəbhə veteranı yaşayır. Onlar bu gün hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş bu siyasət bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İkinci Dünya müharibəsi veteranlarına yüksək təqaüdlər verilir, onlar pulsuz minik maşınları ilə təmin olunurlar. Veteranların sağlamlıqları, reabilitasiyası diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, şərurlular Azərbaycan Vətən müharibəsində də qəhrəmanlıqlar göstərib, onlardan 88 nəfəri şəhidlik zirvəsinə yüksəlib.

Babək rayonu

Babək rayonunda İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də müharibə veteranları iştirak ediblər. Müharibədə həlak olmuş babəklilərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, qəhrəman övladlarımızın, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

1941-1945-ci illərdə Babək rayonundan 1275 nəfər müharibəyə yollanıb, onlardan 1058-i qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib. Xalqımız ata-babalarımızın yenilməz, mübariz ruhunu bu gün də yaşadır. Erməni faşizmi üzərində qazandığımız tarixi Qələbə bunu bir daha sübut edir. Vətən müharibəsində Babək rayonundan olan 16 igid şəhidlik zirvəsinə ucalıb.

Ordubad rayonu

Qələbənin 76-cı ildönümünə həsr olunmuş tədbirdə ordubadlılar 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Builki Qələbə bayramı çox əlamətdar bir dövrə təsadüf edir. Belə ki, ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. İgid Vətən oğulları öz şücaətləri ilə İkinci Dünya müharibəsində qalib olmuş ata-babalarının layiqli davamçıları olduqlarını sübut etdilər.

İkinci Dünya müharibəsi zamanı Ordubad rayonundan cəbhəyə 3387 nəfər yollanıb, əksəriyyəti qanlı döyüşlərdə qəhrəmancasına həlak olub. Bu Vətən övladlarının xidmətləri hər bir zaman dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən bu il də muxtar respublikada 1941-1945-ci illər müharibə iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə birdəfəlik maddi yardım verilməsi Ordubad rayonunda da təmin olunub.

Culfa rayonu

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Culfa rayonunda keçirilən tədbirdə həlak olmuş culfalıların xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət olunub.

Bu müharibədə Culfa rayonundan 1181 nəfər şücaət göstərib, onlardan bir çoxu müxtəlif orden və medallarla təltif edilib. Muxtar respublikada müharibə veteranları yaşayış mənzilləri, fərdi nəqliyyat vasitələri ilə təmin edilir, sanatoriya-kurort müalicəsinə göndərilir. Böyük Vətən müharibəsi iştirakçılarının müharibədə göstərdikləri misilsiz şücaət bugünkü gənclərimiz üçün bir qəhrəmanlıq nümunəsinə çevrilib. Məhz Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə, gənclərimizdə olan vətənpərvərlik ruhunun bariz nümunəsidir.

Kəngərli rayonu

Alman faşizmi üzərində tarixi Qələbənin 76-cı ildönümü ilə əlaqədar Kəngərli rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

İkinci Dünya müharibəsində Kəngərli rayonundan olan Vətən oğulları da mərdliklə vuruşublar. Hazırda Kəngərli rayonunda 1 İkinci Dünya müharibəsi veteranı, bu müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin 17 dul arvadı, 10 arxa cəbhə veteranı yaşayır. Bu da xüsusilə vurğulanmalıdır ki, 6 ay bundan əvvəl xalqımızın Zəfər qazandığı 44 günlük Vətən müharibəsində Kəngərli rayonundan olanlar da əsl qəhrəmanlıq göstərərək adlarını tariximizin yaddaşına əbədilik yazıblar. Azadlıq mücadiləsində Kəngərli rayonundan 24 nəfər şəhid olub. Bu gün rayonda həm II Dünya müharibəsi, həm də Vətən müharibəsi qəhrəmanların, onların ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir.

Şahbuz rayonu

Alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə Şahbuz rayonunun idarə, müəssisə və təşkilat nümayəndələri 1941-1945-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə yaradılmış “Ana” Abidə Kompleksinin önünə tər qərənfillər düzüblər. Şahbuzlular da müharibədə qəhrəmancasına döyüşüb, Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Ölkəmizdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçən oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaqdır.

Sədərək rayonu

Çoxlu tarixi hadisələrin şahidi olan, düşmənlə bir addımlıqda ayıq-sayıq dayanan sərhəd bölgəmiz Sədərəyin sakinləri də 1941-1945-ci illər müharibəsində alman faşizminə qarşı mübarizədə böyük qəhrəmanlıq göstəriblər. Müharibədə Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub.

Qələbənin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gedərək burada İkinci Dünya müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidənin önünə və burada uyuyan türk əsgərinin məzarı üstünə gül dəstələri qoyublar.

İkinci Dünya müharibəsində sədərəklilərin göstərdikləri igidlikləri onların övladları ötən il Azərbaycan Vətən müharibəsində göstərdilər. 44 gün davam edən Vətən müharibəsində dastan yazan 8 sədərəkli gənc həmin döyüşlərdə atalardan oğullara qalan qəhrəmanlığı, mübarizliyi Vətən təəssübkeşliyini bir daha nümayiş etdirib. Həmin gün onlar da böyük sevgi və ehtiramla anılıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək