Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

Naxçıvan, 9 may, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bu gün Naxçıvan şəhəri, rayon mərkəzləri və kəndlər müasir görkəm alıb. Bu tədbirlərlə yanaşı, sakinlərə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Yeni texnikaların tətbiqi yaşayış məntəqələrinin təmizlik səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və insan sağlamlığının qorunmasına, ekoloji və sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 9-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı texnikalar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov deyib ki, muxtar respublikada fəaliyyət göstərən bələdiyyələr dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Muxtar respublikada bələdiyyələrin fəaliyyəti 2017-ci ildən daha da gücləndirilib, kommunal xidmətlər göstərməyə başlayıblar. Son illərdə 46 kommunal təyinatlı nəqliyyat vasitəsi, 2 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal müəssisələrin istifadəsinə verilib ki, bu da onların daha operativ işləmələrinə şərait yaradıb. Bu gün isə bələdiyyələrə 15 traktor və 15 qoşqu təqdim olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bələdiyyələr ölkəmizin həyatına və idarəetməsinə müstəqillik illərində - 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra daxil olmuşdur. 1999-cu il dekabrın 12-də ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri keçirilmişdir. Ötən illərdə muxtar respublikada da bələdiyyələrin fəaliyyəti ilə bağlı işlər görülmüşdür. Bu gün Naxçıvanda 170 bələdiyyə fəaliyyət göstərir. Yeni tikilən kənd mərkəzlərində onlar üçün iş şəraiti yaradılmış, bələdiyyələrə qanunla təsbit olunmuş vəzifələri ilə yanaşı, kommunal xidmətlər göstərmələri üçün əlavə səlahiyyətlər də verilmişdir. Bələdiyyələr idarəetmənin ictimai forması olsa da, lakin fəaliyyətləri qanunla tənzimlənir. Ona görə də bu sahədə fəaliyyət qanunauyğun təşkil edilməli, bələdiyyələr yaradılan şəraitdən istifadə edərək vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bələdiyyələrin fəaliyyəti cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün vacibdir”.

Ali Məclisin Sədri deyib: Bələdiyyələrin fəaliyyəti Ümummilli Liderimizin onlara verdiyi qiymətə uyğun təşkil edilməlidir. 2017-ci ildən etibarən bələdiyyələrə kommunal xidmətlər göstərmək səlahiyyəti verilmişdir. Muxtar respublikada həmin xidmətləri həyata keçirmələri üçün artıq ikinci dəfədir ki, bələdiyyələrə texnikalar təqdim olunur. İlkin olaraq 10, bu gün isə 15 texnika verilir. Muxtar respublika bələdiyyələrinin fəaliyyəti nəticəsində toplanan vəsait və dövlətin ayırdığı subsidiya hesabına yeni texnikalar alınmışdır. Bu isə birgə fəaliyyətin nəticəsidir. Texnika işin 50 faizi deməkdir. Bu texnikalar bələdiyyələrin fəaliyyətini asanlaşdıracaq, qarşıya qoyulan tapşırıqlar vaxtında icra olunacaqdır. Bu gün ölkəmizin bütün ərazilərində yenidənqurma işləri aparılır, torpaqlar istifadə üçün vətəndaşlara verilir. Torpaqlar bələdiyyə, dövlət və şəxsi mülkiyyət olaraq formalaşıb. Buna görə də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmalı, əkilməli, icarə haqları və müqavilələri düzgün bağlanılmalıdır.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində, faşizm üzərində qələbənin 76-cı ildönümü günündə bələdiyyələrə texnikaların təqdim olunmasını göstərilən dövlət qayğısının ifadəsi olduğunu bildirib və bələdiyyə sədrlərini yeni texnikaların təqdim olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.

Culfa rayon Əbrəqunus kənd bələdiyyəsinin sədri Raqib Hətəmov göstərilən qayğıya görə minnətdarlıq edərək deyib: “Muxtar respublikada bütün sahələrdə olduğu kimi, bələdiyyələr üçün də hərtərəfli iş şəraiti yaradılmışdır. Bu da verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün geniş imkanlar açır. Muxtar respublikanın bütün kəndləri abadlaşıb. Bu gün təqdim olunan texnikalar abad kəndlərimizdə təmizliyin qorunmasında böyük əhəmiyyətə malik olacaqdır. Söz veririk ki, bələdiyyələr də yaradılanları qoruyacaq, fəaliyyətlərini günün tələbləri səviyyəsində quracaqlar”.

Sonra texnikalara baxış olub. Məlumat verilib ki, yeni kommunal təyinatlı 15 traktor və qoşqusu Şərur rayonunun Çomaxtur, Düdəngə və İbadulla, Babək rayonunun Payız, Sirab və Qahab, Ordubad rayonunun Dırnıs və Sabirkənd, Culfa rayonunun Əbrəqunus və Camaldın, Şahbuz rayonunun Badamlı qəsəbə və Kolanı kənd, Kəngərli rayonunun Şahtaxtı və Xok, Sədərək rayonunun Dəmirçi bələdiyyələrinin istifadəsinə verilir. Yeni texnikalar qeyd olunan yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına şərait yaradacaqdır.

Şahbuz rayon Kolanı kənd bələdiyyəsinin sədri Gülnarə İsmayılova yeni texnikaların kəndlərin daha da gözəlləşməsinə xidmət edəcəyini bildirərək deyib: “Muxtar respublikamızda həyata keçirilən ekoloji tədbirlərin, əhalinin müayinəsi və dezinfeksiya işlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsidir ki, bütün dünyada pandemiya olsa da, Naxçıvanda vəziyyət sabitdir. Bu gün də muxtar respublikada quruculuq-abadlıq işləri geniş vüsət alıb. Şahbuz turistik bölgədir. Batabata, Ağbulağa gedən yol bizim kənddən keçir. Bu da üzərimizə ikiqat vəzifə qoyur. Elə etməliyik ki, turistlər kəndimizdən keçərkən onlarda xoş ovqat yaransın. İndiyədək qonşu kəndlərin texnikaları hesabına kəndimizdə təmizlik yaradırdıq. Bu da vaxt itkisinə səbəb olurdu. Yeni texnikalar bu işlərin daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir