REGİONLAR
Yevlaxda şəhid Anar Umarovun doğum günü qeyd olunub
Yevlax, 12 may, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhid olan Yevlax sakini Anar Umarovun doğum günü məzarı yanında qeyd edilib. Yaşasaydı, Anarın 20 yaşı tamam olacaqdı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və yaxınları, əvvəlcə, Şəhidlər xiyabanına gələrək, onun məzarı üstünə tər qərənfillər düzüblər. Sonra şəhidin evində valideynləri və ailəsi ilə birlikdə onun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Bildirilib ki, 1991-ci il mayın 12-də dünyaya göz açan Anar ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarında iştirak edərək böyük şücaətlər göstərib. Oktyabrın 30-da Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Görüş zamanı şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.