DÜNYA
ABŞ-ın neft ehtiyatları azalır
Bakı, 16 may, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 400 min barel (0,1 faiz) azalaraq 484,7 milyon barel olub. Bazar proqnozları ehtiyatların 2,2 milyon barel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 8 milyon barel geriləmişdi.
ABŞ-ın strateji neft ehtiyatları da 1,4 milyon barel azalaraq 632 milyon barel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 400 min barel (0,1 faiz) artaraq 236,2 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 700 min barel çoxalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]