Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ata vəsiyyətinə əməl edən Qalib Sərkərdə, qayğıkeş Dövlət Başçısı

Ata vəsiyyətinə əməl edən Qalib Sərkərdə, qayğıkeş Dövlət Başçısı

Naxçıvan, 16 may, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasına çox böyük geostrateji əhəmiyyətə malik bir məkan kimi xüsusi diqqət və qayğısını uğurla davam etdirir. Bunu İlham Əliyevin on yeddi illik prezidentlik dövründə on beş dəfə, demək olar ki, hər il müxtəlif vaxtlarda muxtar respublikaya səfər etməsi də təsdiqləyir. Prezident İlham Əliyevin bu il mayın 10-da – ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günü Naxçıvana səfəri isə bir sıra mühüm hadisələrlə rəmzi xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultan deyib. O bildirib ki, tarixi Zəfər sonrası dövlət başçımızın Ümummilli Liderin ilk doğum gününü Naxçıvanda qeyd etməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev dahi şəxsiyyətin layiqli siyasi varisi kimi ata vəsiyyətinə ləyaqətlə əməl edərək təkcə Qarabağı erməni işğalından qurtarmadı, eyni zamanda, Naxçıvanın da otuz illik blokadadan azad olunması istiqamətində mühüm addım atdı, Naxçıvanın da Qarabağ qədər əhəmiyyətli, əziz olduğunu təsdiqlədi. Bu səfər Ali Baş Komandanımızın ata yurduna qalib və məğrur sərkərdə kimi səfəri idi. Eyni zamanda, Prezidentin Naxçıvana Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra ilk dəfə Ulu Öndərin doğum günündə səfər etməsi Azərbaycanın qazandığı bugünkü uğurlara görə borclu olduğumuz dahi şəxsiyyəti – Heydər Əliyevi bəxş etmiş ata yurduna, qədim və ulu Naxçıvana minnətdarlıq duyğusu, mənəvi varislik borcundan doğan bir addım idi.

Mehriban Sultan vurğulayıb ki, dövlət başçısının Naxçıvana səfəri dünyanın pandemiya böhranı məngənəsində boğulduğu, iqtisadi tənəzzül yaşadığı bir dövrdə müharibədən yenicə çıxmış Azərbaycanda muxtar respublikanın timsalında sosial-iqtisadi inkişafın əvvəlki dinamik templə davam etdiyini təsdiqləmiş oldu. Səfər çərçivəsində Prezident İlham Əliyevin Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etməsi blokada dövründə Naxçıvanın yeganə nəqliyyat əlaqəsinin hava yolları olduğunu, insanların gediş-gəliş üçün necə deyərlər, “havadan asılı qaldığı” illəri, bu gün isə istənilən hava şəraitində beynəlxalq aviareyslərin belə təhlükəsiz həyata keçirilməsi üçün müasir şəraitin yaradıldığını əyani şəkildə bir daha sərgilədi. Yeni uçuş-enmə zolağı qədim diyarımızın yaxın gələcəkdə turistləri, beynəlxalq tədbir iştirakçılarını yüksək səviyyədə qarşılayıb-yola salmağa imkan verəcək. Prezident Azərbaycan xalçaçılıq sənəti tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan xalçaçılıq məktəbinin yaşadılması və inkişaf etdirilməsi, yun və təbii boyaq bitkilərinin tədarükü üçün yerli xammal ehtiyatından səmərəli istifadə etmək məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun, muxtar respublikada heyvandarlığın inkişafı məqsədilə yaradılan, ölkə üzrə ikinci Süni Mayalanma Mərkəzinin, 13 min 500 sakini beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin edəcək “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışlarında da iştirak etdi. Eyni zamanda, Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri, ictimai xidmətlər sahəsində çox önəmli bir təsisat sayılan, Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi istiqamətində görülən işlərin davamı olan “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanışlıq oldu, milli brendimiz sayılan DOST Mərkəzinin Naxçıvanda da yaradılması ilə bağlı qərar qəbul edildi.

“Prezident İlham Əliyevin növbəti səfərinin digər bir rəmzi mənası Vətən müharibəsi sonrası ordusu, saxta hərbi imici tamamilə darmadağın edilən Ermənistandan fərqli olaraq, Azərbaycanın hərbi qüdrətini daha da gücləndirmək istiqamətində ordu quruculuğunun uğurla, düşünülmüş şəkildə davam etdirilməsi ilə əlaqədardır. Dövlətimizin başçısının iştirakı ilə Naxçıvan Muxtar Respublikası kimi strateji bölgədə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı dediklərimizin sübutudur. Xatırladaq ki, müstəqil Azərbaycanın bugünkü müzəffər ordusunun təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərarla Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması ilə qoyulmuşdu. Vaxtilə Naxçıvan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin 75-ci motoatıcı diviziyasının silah və texnikasının, yaşayış binalarının 1992-ci ilin iyul-avqust aylarında Ümummilli Liderin müdrik siyasəti nəticəsində Müdafiə Komitəsinə təhvil verilməsi düşmənlə təkbətək və əliyalın mübarizə aparan, ozamankı ölkə rəhbərliyi tərəfindən tamamilə tərk edilmiş bir diyarda ordu quruculuğu baxımından ideal addım, tarixi zərurət idi”, - deyən Mehriban Sultan vurğulayıb ki, bu gün muxtar respublikanın ordu potensialı aviasiya texnikalarının qəbul edilməsi və saxlanmasından tutmuş müasir silah və texnika ilə təchizat baxımından əksər ölkələrin regionlarında olmayan nəhəng hərbi aerodromun yaradılmasını zərurətə çevirib. Digər yeni istifadəyə verilən müasir hərbi infrastruktur isə müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı – Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsi oldu. Xəstəxananın istifadəyə verilməsi, 2021-2022-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Hərbi tibb ixtisası üzrə kadr hazırlığına başlanması muxtar respublikada hərbi tibbi xidmət səviyyəsinin də yüksəldilməsinə öz töhfəsini verəcək.

Mehriban Sultan bildirib ki, kontinental iqlimə malik Naxçıvanın vaxtilə mənfur düşmənin naqis əməllərinə görə elektrik enerjisinə və mavi yanacağa həsrət qalması üzündən burada həyat ritmi tamamilə pozulmuş, insanların intellekt potensialı, yaradıcılıq əmsalı, fiziki və mənəvi sağlamlığı iflic vəziyyətinə salınmışdı. Bu gün isə Heydər Əliyev siyasətinin uğurlu davamının bəhrəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib. Prezident İlham Əliyev Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlığı muxtar respublikanın enerji təchizatının çox yaxında tamamilə alternativ enerji mənbələri hesabına ödəniləcəyinə zəmanət verir. Ümumiyyətlə, yeni istifadəyə verilən obyektlər ölkəmizdə, eləcə də muxtar respublikamızda inkişaf strategiyasının uğurla və davamlı həyata keçirildiyini, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olduğunu, burada ordu quruculuğuna xüsusi diqqət yetirildiyini təsdiqlədi. Hər yeni obyektin, eyni zamanda, yeni iş yeri demək olduğunu nəzərə alsaq, onda bütün bunların həm də insan amilinə verilən yüksək dəyərin ifadəsi olduğunu görmüş oluruq. Prezident İlham Əliyevin dediyi kimi: “Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”.

Səfər zamanı Ordubad dəmir yolu stansiyası ilə tanışlıq ölkə başçısının da müsahibəsində vurğuladığı kimi təsadüfi deyil. Zəngəzur dəhlizinin açılması istiqamətində tarixi addım olduğunu söyləyən Mehriban Sultan qeyd edib ki, işğalçı Ermənistanın son 30 il ərzində ölkəmizə qarşı törətdiyi mənəvi, hüquqi, iqtisadi terrorlardan biri Naxçıvanı ərazi etibarilə Azərbaycandan ayrı salmaq idi. Düzdür, xilaskarımız olan Ulu Öndərin, onun ətrafında sıx birləşən, bir yumruğa dönən naxçıvanlıların şücaəti sayəsində düşmən bu qədim Azərbaycan diyarını diz çökdürə, boyun əydirə, işğal edə bilmədi. Lakin ata-baba torpağımızdan keçib öz ölkəmizə getməyə həsrət qaldıq. Nəhayət məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərindəki “Bu yerlərdə qatarlar Şərqdən Qərbə, Qərbdən Şərqə gələr gedər... gedər gələrdi” frazası ilə bütün dolğunluğu ifadə edə biləcəyimiz bu nisgilə də son qoyulacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.

Mehriban Sultan deyib: “Dövlət başçısının muxtar respublikaya hər səfəri, buradakı quruculuq, inkişaf prosesi ilə tanış olması, dövlət siyasətinin, xüsusilə də yeni sosial-iqtisadi layihələrin uğurla həyata keçirilməsi ilə bağlı yüksək təəssüratla ayrılması həm də Naxçıvanın uğurlu tarixi hesabatıdır. Bu mənada, dövlət başçımızın son səfəri zamanı keçirilən tədbirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul etməsinin davamı olan növbəti uğurlu hesabat kimi də dəyərləndirmək olar. Həmin qəbul zamanı müzakirə olunan məsələlərdən biri də Naxçıvanın təhlükəsizliyi, ordu quruculuğunun ardıcıl davam etdirilməsi ilə bağlı idi. Dövlətimizin başçısı son səfərində verdiyi müsahibədə bu istiqamətdə görülən işlərə toxunaraq, İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçilərinin fəal iştirak etməsini, şəhidlər verməsini, böyük fədakarlıq göstərməsini qürurla xatırlatdı. Müsahibədə ilk dəfə olaraq o da bildirildi ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də cəbhəyə göndərilmişdir. Prezidentin “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır” mesajı “dəmir yumruq” altında can verən, bununla da Naxçıvan iştahası da ömürlük gözündə qalan düşmənə daha bir ölümcül zərbə oldu”.

Bəhs etdiyimiz qəbul zamanı 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Culfa-Ordubad yolunun, Süni Mayalanma Mərkəzinin tikintisi və digər məsələlərlə bağlı qaşıya qoyulan vəzifələr Prezident İlham Əliyevin mayın 10-da etdiyi səfər zamanı reallığa çevrildi. Bu, muxtar respublikada ümummilli lider Heydər Əliyev ideyalarının, bu ideyaların davamı olan müasir dövlət siyasətinin dəqiqlik və sədaqətlə həyata keçirildiyini bir daha təsdiqlədi. Dövlət başçısının son səfəri bütünlüklə onu isbat etdi ki, Naxçıvan Muxtar Respublikasında daha sürətli inkişaf istiqamətində görülən işlər muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin də dediyi kimi: “...Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO