REGİONLAR
Qubada qayalıqdan çaya düşən iki qardaşdan biri ölüb
Quba, 18 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 17-də Quba rayonunda iki qardaş qayalıq ərazidə 60-70 metr hündürlükdən Qudiyalçay çayına düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qəçrəş kəndi ərazisində baş verən hadisə zamanı 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ.İsayev yaxınlıqdakı vətəndaşların köməkliyi ilə çaydan çıxarılsa da, qardaşı 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlunu hadisə baş verən ərazidə tapmaq mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar. Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində Ruslan İsayevin meyiti hadisə yerinin yaxınlığında çay kənarında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.