ELM VƏ TƏHSİL
Qarabağın arxeoloji və etnomədəni irsinə həsr olunuan elmi konfrans keçiriləcək
Bakı, 18 may, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda mayın 21-də onlayn elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:
- Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;
- Qarabağ abidələrinin hazırkı vəziyyəti və gələcək tədqiqatların perspektivləri;
- Qarabağın alban irsi;
- Qarabağda etnodemoqrafik proseslər;
- Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;
- Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.
Konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının e-poçtlarına “Zoom” proqramının müvafiq linki göndəriləcək.