REGİONLAR
Astarada “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunda tədbir keçirilib
Astara, 19 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 18-də Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə muzeyin direktoru Gülzar İsmayılovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Astara rayonunun Burzubənd kənd sakini Rusif Rzayev tədbirdə çıxış edərək, fərdi həyətyanı sahədə təsərrüfat işləri apararkən təxminən bir metr torpaq qatı altından tapdıqları tunc silah və alətlər haqqında məlumat verib, aşkar edilmiş yeni tarix və maddi-mədəniyyət nümunələrini muzeyə təqdim edib.
Mütəxəssislərin fikrincə, yeni tapılmış tunc silah nümunələrinin təxminən üç min il tarixi var.