İQTİSADİYYAT
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 1,7 milyon dollar olub
Kişineu, 19 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 1,7 milyon dollar olub.
Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.
Bildirilir ki, dörd ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1 milyon 400 min dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 300 min dollar dəyərində məhsul ixrac olunub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:37]
STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək
- 26.04.2024 [17:22]
Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib
- 26.04.2024 [16:18]
Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub
- 26.04.2024 [14:45]