CƏMİYYƏT


17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Bakı, 17 iyun, AZƏRTAC

17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür. Həmin təqvimin qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Hazırda 170 dövlət Konvensiyaya qoşulub. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqredasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir. Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir.

Bu problem Yer kürəsinin 250 milyondan çox sakininə təsir edir və təqribən yüzdən artıq ölkədə bir milyarddan çox əhali təhlükə altındadır. Belə ki, həmin insanlar dünyanın ən kasıb, ən təcrid olunmuş və siyasi cəhətdən ən zəif ölkələrində yaşayırlar.

Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Gününün builki mövzusu “Torpaq deqredasiyası və miqrasiya arasında əlaqə”dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.