DÜNYA
Budapeşt immiqrasiyaya iki illik moratorium tətbiq olunmasını təklif edir
Budapeşt, 12 iyun, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban iki il müddətində miqrasiyanın bütün növlərini məhdudlaşdırmağı təklif edib.
AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin başçısı dövlət radiosu ilə çıxışında “miqrant ordularının Avropanın bütün qapılarını döydüyünü” bildirib.
Baş nazir öz təklifini miqrasiya edən insanlarla birlikdə koronavirusun da yayılması ilə izah edib.
Orbanın fikrincə, miqrasiya mahiyyət etibarilə pis haldır, insanlar doğulduqları yerdə xoşbəxt olmalıdırlar. Baş nazir öz təklifini dəqiqləşdirərək əlavə edib ki, qadağa qanunvericilik səviyyəsində təsbit olunmalıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]