İQTİSADİYYAT
Bakı Fond Birjasında kapital bazarlarına dair təlim keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
ADA Universitetində keçiriləcək “onlayn masterclass”da Bakı Fond Birjasının (BFB) mütəxəssisləri qonaq təlimçi qismində ADA və Xəzər universitetlərinin MBA tələbələrinin iştirakı ilə kapital bazarlarına dair təlim keçirib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə birjada qiymətli kağızların listinqi və buraxılışı, listinqin üstünlükləri və Listinq Məsləhət Proqramı barədə təqdimat olub.
Qeyd edək ki, BFB Listinq Məsləhət Proqramının tərəfdaşı olan təhsil qurumları ilə birlikdə davamlı olaraq kapital bazarları ilə bağlı mövzularda təlimlər təşkil edir. Bu kimi keçirilən təlimlərin əsas məqsədi kapital bazarları ilə bağlı nəzəri və praktiki biliklərə sahib kadrların hazırlanmasına dəstək olmaqdır.