ELM VƏ TƏHSİL
Təhsil Tələbə Krediti Fondunun Nizamnamə kapitalı 80 milyon olacaq VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun Nizamnamə kapitalı 80 milyon olacaq.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.
Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.