CƏMİYYƏT
Gürcüstan KİV-ləri Azərbaycandakı siyasi partiyalarının Şuşa Bəyannaməsi ilə əlaqədar bəyanatını yayıblar
Tbilisi, 18 iyun, AZƏRTAC
Gürcüstanın “report.ge”, “interpress.ge” informasiya portalları Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar birgə bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, bəyanatda 2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malik olduğu xüsusi qeyd olunur.
Bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi