REGİONLAR
Cəlilabadda karantin rejimi qaydalarını pozan şadlıq saraylarının sahibləri cərimələniblər
Cəlilabad, 29 iyul, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində təşkil olunan daha iki toy mərasimi zamanı xüsusi karantin rejiminin qayda və tələblərinin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan yoxlamalar zamanı Cəlilabad rayonundakı “Dostluq” və “Yamal” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.
Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 min manat məbləğində cərimələniblər.