CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 56 halda yanğına çıxış əməliyyatları həyata keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 56 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 1 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınlar görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində Sabunçu rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.