DÜNYA
Latviyada işsizlik səviyyəsi azalıb
Riqa, 21 sentyabr, AZƏRTAC
Ötən ay Latviyada işsizlik səviyyəsi 6,9 faiz təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,6 faiz azdır.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Mərkəzi Statistika Bürosu yayıb.
Bildirilib ki, Latviyada qadınlar arasında işsizlik səviyyəsi avqust ayında 0,4 faiz bənd azalaraq 5,7 faiz, kişilər arasında isə 0,7 bənd azalaraq 8,1 faiz təşkil edib.
Latviyada carı ilin avqust ayında 64 min 700 nəfər işsiz olub ki, bu da iyul ayı ilə müqayisədə 5500 nəfər azdır. İşsiz qadınların sayı bir ay ərzində 1800 nəfər, kişilərin sayı isə 3700 nəfər azalıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]