ELM VƏ TƏHSİL
Beynəlxalq təcrübələr nəzərə alınmaqla ümumi təhsildə qiymətləndirmə siyasəti yenilənəcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Təhsil İnstitutu Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Ümumi təhsil pilləsində qiymətləndirmə üzrə milli siyasətin gücləndirilməsi və müəllimlərin peşə standartlarının hazırlanması” adlı layihənin icrasına başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iki komponentdən ibarət layihənin məqsədi ümumi təhsil pilləsində milli qiymətləndirmə siyasətini yenidən nəzərdən keçirmək və təkmilləşdirmək, müəllimlərin peşə standartlarını hazırlamaqdır.
Layihə çərçivəsində xarici ölkələrin (xüsusilə mərkəzləşdirilmiş təhsil sistemlərinə malik) qiymətləndirmə siyasətləri təhlil olunacaq, ən uğurlu beynəlxalq təcrübələr nəzərə alınmaqla ümumi təhsildə qiymətləndirmə siyasəti yenilənəcək. Müəllimlərin peşə standartlarının isə müəllim hazırlığı (xidmətdən əvvəl və xidmət zamanı), işə qəbul, karyera inkişafı və sertifikasiyada tətbiq olunacağı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]