TARİXDƏ BU GÜN


18 AVQUST

A+ A

1919–cu il. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları günü kimi qeyd olunur.
1993–cü il. BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.
1992-ci il. Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın heyəti Azərbaycandan çıxarılıb. Hərbi əmlakın bütünlüklə Milli Ordunun briqadasına verilməsi haqqında akt imzalanıb.
1850-сi il. Görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak vəfat edib. O, Fransanın ilk burjua inqilabından sonrakı əlli illik tarixinin bədii ensiklopediyası olan “Bəşəri Məzhəkə”sinin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]