SİYASƏT


18 saylı Nərimanov-Nizami seçki dairəsinin on məntəqəsində veb-kamera quraşdırılıb

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə ümumxalq səsverməsi şəffaf şəraitdə davam edir. Saat 15.00-a olan məlumata görə dairə üzrə 21 min 813 nəfər səsvermədə iştirak edib. Bu da seçicilərin 47,9 faizini təşkil edir. Şəffaflığın təmin edilməsi məqsədilə dairənin on məntəqəsində veb-kameralar quraşdırılıb.

Dairə seçki komissiyasının sədri İslam Muradov AZƏRTAC-a bildirib ki, 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibində olan 35 məntəqə bütün zəruri avadanlıqla təmin edilib, dairə üzrə 45 min 499 nəfər qeydə alınıb. Seçki dairəsinin əhatə etdiyi bütün məntəqələrdə səsvermədə fəallıq müşahidə olunur. Məntəqələrdə səsvermə prosedurlarına ciddi əməl olunur.

Məntəqə seçki komissiyalarında yerli müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri səsvermənin gedişini izləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.