İQTİSADİYYAT
Azərbaycan və Türkiyə şirkətləri arasında ikitərəfli görüşlər təşkil olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Türkiyə-Azərbaycan iqtisadi və dostluq münasibətləri günü-gündən inkişaf etməkdədir. Qardaş ölkədən növbəti nümayəndə heyəti oktyabrın 21-22-də Azərbaycanda işgüzar səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənib.
Layihənin təşkilatçısı SET Qrup şirkətinin rəhbəri Alper Alveroğlu bildirib ki, məqsəd hər iki ölkədəki dostluq və iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsində iştirak etmək, qardaş Azərbaycana daha da faydalı olmaqdır. Həmçinin Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun qələbəsindən qürur duyduqlarını bildirib.
Qeyd edək ki, səfər zamanı yerli şirkətlərə ziyarətlə yanaşı, yerli sahibkarlarla ikitərəfli iş görüşmələri də təşkil olunub.