DÜNYA
Dubayda dünyanın ən böyük müşahidə çarxı istifadəyə verilib
Qahirə, 22 oktyabr, AZƏRTAC
Dubayda dünyanın ən böyük müşahidə çarxı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, xəbər verir ki, “Ayn Dubai” müşahidə çarxı Mavi su adasında inşa edilib və kondisionerlə təchiz edilmiş 48 kabinədən ibarətdir. Bundan başqa, 250 metr hündürlükdə olan bu konstruksiyaya eyni vaxtda 1750 nəfər minə biləcək. “Ain Dubai”in təxminən 38 dəqiqə davam edəcək hər turunda səyahətçilərə 360 dərəcəlik fasiləsiz şəhər mənzərəsi təqdim olunacaq. Müşahidə çarxının üzərində quraşdırılmış LED lampalar sayəsində axşam turu daha əsrarəngiz olacaq. Eyni zamanda, VIP kabinələrdə müştərilərə iaşə xidməti də göstəriləcək. Müşahidə çarxının ətrafında incəsənət festivalları və sərgilərin təşkili də nəzərdə tutulur.
Axşam saatlarında müşahidə çarxının istifadəyə verilməsi münasibətilə atəşfəşanlıq keçirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]